"Yeni qaydalar işçilərin maaşlarının hesablanmasında..." — AÇIQLAMA

GÜNDƏM 27 oktyabr 2025, 16:00
"Yanvarın 1-dən etibarən özəl sektorda çalışan işçilərin maaşlarına dəyişiklik ediləcək". 

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

O, bildirib ki, əgər işçinin maaşı 2,500 manata qədərdirsə, onun maaşı 3% azalacaq:

"Əgər maaşı 2,500–8,000 manat arasında dəyişirsə, ilk 2,500 manatlıq hissədə 75 manat sabit azalma tətbiq olunacaq, qalan 2,500–8,000 manat aralığındakı hissədə isə 10% artım olacaq. 8,000 manatdan yuxarı maaş alan işçilər üçün isə maaş 14% artacaq".

Ekspert bildirib ki, bu dəyişikliklər işçinin aldığı məbləğin müəyyən hissəsinə təsir edəcək:

"Bəzi hallarda maaş azala bilər, bəzi hallarda isə artacaq. Beləliklə, yeni qaydalar işçilərin maaşlarının hesablanmasında fərqli səviyyələr üzrə tətbiq olunacaq və hər işçi aldığı maaşın artım və ya azalma hissəsini bu qaydalara əsasən görəcək".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top