"Ermənistana yük tranzitinə məhdudiyyətlərin götürülməsi yalnız Azərbaycanın və Ermənistanın deyil, bütün bölgədə əməkdaşlıq və ticarət münasibətlərinin inkişafına böyük təsir göstərəcək".
Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
O, bildirib ki, burada Azərbaycanın birbaşa iqtisadi mənfəətlərindən əlavə, Ermənistanın daha böyük iqtisadi fayda əldə edəcəyi qeyd edilməlidir:
"Çünki Ermənistanın hazırda tranzit məhdudiyyətlərindən ciddi ziyan çəkdiyi hər kəsə məlumdur. Ermənistanın blokadadan çıxa bilməsinin yeganə şərti isə Azərbaycanla münasibətlərin normal olmasıdır. Əgər Ermənistan artıq Azərbaycanın üzərindən tranzit məhdudiyyətlərinin götürülməsini görürsə, bu, onun Azərbaycanla yaxşı münasibətlərdən gələcəkdə daha böyük fayda əldə etməsini təşviq edəcək. Eyni zamanda, Rusiya da bu məsələdə maraqlıdır. Rusiya Xarici İşlər Nazirliyi və Əməliyyat İdarəsi Azərbaycanın bu qərarından sonra işlərin necə qurulacağı ilə bağlı açıqlama verib. Artıq Rusiya da mallarının Azərbaycan üzərindən Ermənistana necə daşınacağını planlaşdırır".
Ekspert bildirib ki, region dövlətlərinin Ermənistanla ticarət münasibətləri isə əsasən Azərbaycanın bu qərarından asılıdır:
"Burada Rusiya-Ermənistan, Qazaxıstan-Ermənistan, Türkmənistan-Ermənistan, Mərkəzi Asiya ölkələri və Çin-Ermənistan ticarətindən söhbət gedir. Azərbaycan elə bir qərar verib ki, bu qərarın həyata keçirilməsi bütün bölgə dövlətlərini iki- və çoxtərəfli ticarət münasibətlərində daha sıx bağlayacaq. İllərdir Ermənistan Çinlə ticarət əlaqələri qurmağa çalışırdı, lakin Çin mallarının Ermənistana necə daşınacağı sual altında idi. Ermənistan Qazaxıstan və Türkmənistanla ticarət əlaqələri qurmaq üçün böyük səy göstərirdi, amma malların daşınması problemi qalırdı".
Onun sözlərinə görə, Azərbaycanın verdiyi qərar, tranzit yükün daşınması üzərindəki məhdudiyyətin götürülməsi həm Ermənistanın, həm də bütün bölgənin ticarət və iqtisadi əlaqələrinin güclənməsində böyük rol oynayacaq:
"Bu qərar bölgədə iqtisadi-ticarət proseslərində yeni bir mərhələ açacaq və birbaşa fayda götürən tərəflərdən biri Ermənistan olacaq".
Əfsanə Kamal
Demokrat.az