Palata COP29 üzrə maliyyə hesabatını müsbət qiymətləndirib

COP29 27 oktyabr 2025, 16:45
Hesablama Palatası 2025-ci il üzrə audit çərçivəsində COP29 Azərbaycan Əməliyyat Şirkətinin gəlir və xərclərini yoxlayıb.

Demokrat.az xəbər verir ki, audit nəticəsində maliyyə hesabatları müsbət qiymətləndirilib.

Sənəddə bildirilir ki, tədbirin maliyyəsinin 92.5%-i dövlət büdcəsindən, 7.5%-i digər mənbələrdən formalaşıb, əsas xərclər konfrans yerləri və məzmun dəyərinə sərf olunub.

Auditorlar bəzi büdcə artımlarını və müqavilə gecikmələrini qeyd edib, lakin ciddi qanun pozuntuları aşkarlanmayıb. Hesablama Palatası sərbəst qalan vəsaitin büdcəyə qaytarılması və aktivlərin təhvil verilməsi barədə qərar qəbul edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top