“Vergilərin artırılması əhaliyə - qeyri-neft sektorunda çalışanlara təqribən 600 milyon manat əlavə yük gətirir. Yəni bu 600 minyol cibimizdən əlavə çıxacaq”.
Bunu Demokrat.az-a iqtisadçı Natiq Cəfərli deyib.
O bildirib ki, bu, vətəndaşların real gəlirlərinin azalmasına səbəb olacaq:

“Biz inflyasiyanı da nəzərə alsaq, qiymət artımını da nəzərə alsaq, vətəndaşların real gəlirləri onsuzda azalır. Vergi yükünün artması onların gəlirlərini azaldacaq və bu da kifayət qədər mənfi nəticələrə səbəb ola bilər.
O mənada ki, makro-iqtisadi göstəricilər onsuzda Azərbaycanda zəifdir - xərcləmələr azalıb, ÜDM artım faizi cəmi 1 faiz civarındadır. Vergi yükünün artması iqtisadi aktivliyə də mənfi təsir göstərə bilər. Bunda əlavə, "boz mühasibatlıq" yenidən arta bilər - çalışacaqlar ki, vergidən yayınmaq üçün əmək müqaviləsi olmadan çalışsınlar”.
Cavidan Mirzəzadə
Demokrat.az