“Təmsil etdiyim Bakıxanov qəsəbəsində həqiqətən də süni şəkildə yaradılmış tıxac problemi var. Bilmirəm AYNA-da bunu kimlər düşünüb, hər halda buna bir əncam çəkilməlidir. Süni şəkildə parkinglər yaratmaqdansa, hərəkətdə olan avtomobillərin vaxtında mənzil başına çatmasını təmin etmək lazımdır. Səhər tezdən onsuzda bütün nəqliyyat sıx vəziyyətdə olur, irəliləmək saatlar çəkir, insanlar işə gecikirlər”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O bildirib ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin yolları elə də geniş yollar deyil, burada süni parking yerlərinin yaradılması tıxacın yaranmasını artırır:
“Bunu hansı səbəblə edirlər, məntiqi izahını tapmaq çətindir. Ciddi araşdırma aparılmalıdır. Çox təəssüf ki, bu məsələlərlə bağlı məsləhətləşmə aparılmır. Əsas vəzifəmiz vətəndaşlara xidmət etməkdir, sıxıntısını aradan qaldırmaqdır.
Bakıxanov sakinləri mənə də xeyli müraciət edirlər. Mən də müəyyən qurumlarla danışıq aparıram ki, Bakıxanovda onsuzda tıxac problemi var, indi bunu daha da artırmaq kimin marağındadır?”.
Xatırladaq ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində AYNA tərəfindən iki zolaqlı yolun bir zolağının ödənişli parkinq üçün ayrılması sakinlər tərəfindən narazılıqla qarşılanıb. Bununla bağlı “Konkret.az” saytı məlumat yayıb.
Cavidan Mirzəzadə
Demokrat.az