2026-cı ildə Azərbaycanın dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün 85 milyon manat, sahibkarların banklardan manatla aldığı (2018-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-dək olan dövr) kreditlərə hesablanmış faizlərə görə subsidiyanın verilməsi üçün isə 15 milyon manat vəsait nəzərdə tutulub.
Bu barədə daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Demokrat.az-a açıqlamasında deyib ki, bu məsələ əslində subsidiyadır və nizamnamə kapitalının artırılması ilə bağlıdır:
“Bu addım mənzil bazarına müəyyən təsir göstərəcək. Satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzillər təqdim edirlər. Bu mənzillərin alınması üçün vəsaiti əsasən özləri maliyyələşdirirlər. Müəyyən hallarda təmir və ya mühəndis-kommunikasiya işləri üçün də dövlətdən dəstək alırlar. Sistemin iş prinsipi belədir ki, fond açıq bazardan, xüsusilə iri yaşayış komplekslərindən 100-200 ədəd təmirli mənzil alır. Həmin mənzilləri vətəndaşlara 20 ilədək müddətə satmaq öhdəliyi ilə kirayə əsasında verir. Bu mexanizmdə vətəndaş hər ay müəyyən məbləğdə icarə haqqı ödəyir və müddətin sonunda əgər bütün ödənişləri vaxtında yerinə yetiribsə mənzil artıq onun mülkiyyətinə keçir. Əks halda, mənzil fondun balansında qalır”.
Leyla Turan
Demokrat.az