Bakının Yasamal rayonunda 48 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin yanvarın 25-də baş verib. 1977-ci il təvəllüdlü Zaur həmin gün, saat 23:20-də yaşadığı evdə qeyri rəsmi həyat yoldaşı Cəmilə (adlar şərtdir – red.) ilə mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı kişi əsəbləşərək arvadını əlləri və ayaqları ilə vurub.
Hadisəni törədən Zaurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, onun zərərçəkmiş ilə aralarında faktiki ər-arvad münasibəti var: “Birgə övladlarımız da var. Amma rəsmi nikahımız yoxdur. 17 ildir ki, bir yerdəyik. Özüm usta işi ilə, fərdi əməklə məşğulam. Sentyabr ayından axşam evə gəlirdim. Uşağı məktəbdən götürərək evə çatmışam. Həmin gün yorğun idim. Bu zaman arvadım dedi ki, niyə evə ərzaq almırsan? Niyə evə baxmırsan? Bir az mübahisə etdik. Məni özündən çıxardı. Mən də əlimdəki ütünü ona tərəf fırlatdım. Ütünün arxa tərəfi ona dəydi. Sonra otaqdan keçdım, qapıdan çıxmaq üçün əynimi geyinməyə başladım. Bu vaxt arvadım mənə tərəf gələrək əl-qol atmağa başladı. Mən də artıq özümdən çıxdım, ona şillə vurmağa başladım Sonra isə oradan uzaqlaşdım və kirayə qalmaq üçün həmin binada başqa mənzil tutdum”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra həyat yoldaşı ilə aralarında barışıq olub və yenidən birgə yaşayıblar: “Növbəti dəfə aramızda mübahisə yarandı. Həmin vaxt mən çay içdim və divanda oturmuşdum. İşdən gəlmişdim, yorğun idim. Televizorda xəbərlərə baxırdım. Cəmilənin anası bizdə idi, o, əməliyyat olmuşdu. Mənim bir dostum var, ona pul lazım olmuşdu. Mən də ona 500 manat vermişdim. Arvadım deyinirdi ki, evin ehtiyacları var, evin pulu var. Amma mən ona-buna pul paylayıram. Bu söhbət qurtardı, başlayıb ki, nə qədər qazanmısan? Məndə qazancımdan kommunal üçün 50 manat ayırdım. Yəni o söhbət, bu söhbət məni yenə hiddətləndirdi. Mən mühafizə xidmətində uzun illərdir işləyirəm, səbrli adamam. Məni özümdən çıxartmaq asan məsələ deyil. Gördü ki, heç nə alınmır. Qolumdan tutaraq qayıdasan ki, evdən çıx. Bir dəfə, iki dəfə. Artıq mən affektə düşdüm. Buna bir şillə, iki şillə vurdum. Biz dalaşdıq”.
Bu cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Zaura aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla 1 il müddətinə islah işləri cəzası təyin edilib.
Fariz Məlikli
Demokrat.az