"Qida normaları ilə yanaşı, digər sahələrdə də yenilənməyə ehtiyac var" — AÇIQLAMA

GÜNDƏM 28 oktyabr 2025, 21:00
"Azərbaycanda Nazirlər Kabineti hər il qida normalarını dəyişmir və bu sahədə müəyyən gecikmələr müşahidə olunur. Təəssüf ki, bəzi normativ aktlar hələ üç, hətta yeddi il bundan əvvəl qəbul olunub və günümüzün reallıqlarına uyğun deyil". 

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O, bildirib ki, bu səbəbdən onların yenilənməsi zəruridir:

"Lakin Nazirlər Kabineti hər dəfə operativ davranmır və dəyişikliklərin tətbiqi bəzən uzun müddət uzanır. Ümid edək ki, bu dəfə daha çevik şəkildə hərəkət ediləcək və yaşayış minimumu ilə bağlı normativ hüquqi aktlarda müvafiq dəyişikliklər həyata keçiriləcək".

Ekspert bildirib ki, qida normaları ilə yanaşı, bəzi digər sahələrdə də yenilənməyə ehtiyac var:

"Məsələn, geyimlə bağlı tələblər hələ 1980-ci illərin sonundan qalıb və bu, aktual vəziyyətə uyğunlaşdırılmalıdır. Bu dəyişikliklər yalnız sosial sahədə yaşayan insanların həyat səviyyəsinin qorunmasına xidmət etməyəcək, həm də ölkədə normativ-hüquqi bazanın müasir tələblərə uyğunlaşdırılmasını təmin edəcək. Belə bir yanaşma həm vətəndaşların rifahına, həm də dövlətin iqtisadi siyasətinə müsbət təsir göstərə bilər".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 oktyabr 2025, 19:53
Top