Son günlər “Bolmart” mağazalar şəbəkəsi ilə bağlı sosial mediada və bəzi xəbər platformalarında yayılan məlumatlarla əlaqədar olaraq bildiririk ki, “Bolmart” mağazalar şəbəkəsi hazırda bütün filialları ilə normal şəkildə fəaliyyətini davam etdirir.
Demokrat.az xəbər verir ki, bu barədə “Bolmart” mağazalar şəbəkəsinin rəhbərliyinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, yalnız Səməd Vurğun 60 ünvanında yerləşən mağaza müəyyən texniki və təşkilati səbəblərdən dolayı fəaliyyətini müvəqqəti dayandırıb və mağazada işlərin bərpası üçün danışıqlar aparılır.
“Eyni zamanda “Bolmart” mağazalar şəbəkəsinin heç bir filialında hər hansı rəsmi dövlət qurumu tərəfindən yoxlama və ya araşdırma aparılmayıb. Bununla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.
Məsələ ilə bağlı bütün suallara aydınlıq gətirmək məqsədilə sabah keçiriləcək mətbuat konfransında ətraflı məlumat təqdim ediləcək.
“Bolmart” mağazalar şəbəkəsi olaraq müştərilərimizin etimadını yüksək qiymətləndirir və keyfiyyətli xidmət prinsiplərinə sadiq qalaraq fəaliyyətimizi davam etdiririk”, - deyə bildirilib.
Qeyd edək ki, “Bolmart” supermarketlər şəbəkəsinin Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadəyə aid olduğu iddia edilir.
***
17:05
Sosial şəbəkələrdə “Bolmart” supermarketlər şəbəkəsinin bağlandığı ilə bağlı məlumatlar yayılıb.
İstifadəçilər mağazalara üz tutduqlarını, lakin satış nöqtələrində onlara mağazaların bağlı olduğunu bildiriblər.
Demokrat.az modern.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı “Bolmart”dan bağlanılması ilə barədə xəbəri təsdiqləyiblər.
Bununla belə, mağazaların bağlanma səbəbi açıqlanmayıb, bunun müvəqqəti qərar olub-olmadığı da məlum deyil.
Qeyd edək ki, “Bolmart” supermarketlər şəbəkəsi ölkə üzrə 70-ə yaxın satış nöqtəsində xidmət göstərirdi.
Şirkətin SOCAR-ın keçmiş vəzifəli şəxsi, hazırda həbsdə olan Adnan Əhmədzadəyə aid olduğu iddialar da mövcuddur.
Xatırladaq ki, Adnan Əhmədzadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.