“Son illər Azərbaycanda 83 min nikahdankənar uşaq doğulub. Bu rəqəm təkcə bir statistika deyil, ailə institutunun zəifləməsinin açıq göstəricisidir”.
Bunu Demokrat.az-a sosioloq Sevinc Qasımova bildirib.
O deyib ki, cəmiyyət dəyişir, amma dəyərlərimiz bu dəyişimin içində itib-batır:
“Gənclər ailə qurmağa yox, münasibət yaşamağa daha çox üstünlük verirlər. Sosial şəbəkələrdə sevgi parlaq göstərilsə də, arxasında çox vaxt məsuliyyətsizlik dayanır. 15-19 yaşında ana olan qızların sayı artıq minlərlədir. Bu, həm uşaqlıq, həm də gələcək talelərin erkən yarımçıq qalması deməkdir. Bu mövzu təkcə ailə problemləri ilə bağlı deyil, həm də sosial təlim, tərbiyə və mədəniyyət məsələsidir. Ailənin dəyəri evdə, məktəbdə, televiziyada və sosial mediada yenidən öyrədilməlidir. Biz gənclərə ailənin yük yox, sevgi və güvən mənbəyi olduğunu göstərməliyik. Cəmiyyətdə tənqid yerinə maarifləndirmə mədəniyyəti formalaşmalıdır. Məşhurlar, müəllimlər, valideynlər hamı bu müzakirədə iştirak etməlidir. Ailə dəyərləri haqqında açıq və səmimi söhbətlər aparmaq vaxtıdır. Çünki bu məsələ tək bir ailənin yox, bütöv bir millətin gələcəyidir”.
Leyla Turan
Demokrat.az