2026–2027-ci tədris ili üzrə lisey və gimnaziyalara şagird qəbulu yalnız 7-ci siniflər üzrə aparılacaq. Buna qədər isə şagird qəbulu 5 və 6-cı siniflər üzrə aparılırdı.
Yeniliklə bağlı Demokrat.az-a danışan təhsil eksperti Elçin Əfəndiyev deyib ki, burada başlıca məqsəd ondan ibarətdir ki, şagirdlərdə müəyyən bacarıqlar formalaşsın və onlar konkret olaraq gələcək peşə istiqamətlərini müəyyənləşdirə bilsinlər:
“Ölkəmizdə fəaliyyət göstərən lisey və gimnaziyaların bəziləri artıq təmayülləşib. Fizika-riyaziyyat təmayüllü lisey, humanitar təmayüllü liseylər, texniki və təbiət elmləri təmayüllü liseylər var. Yuxaı siniflərə keçdikcə, şagirdlər daha yaxşı bilirlər ki, onlar gələcəkdə hansı sahədə ali təhsil alacaqlar. Bu qərarda da məqsəd odur ki, onlar öz bilik və bacarıqlarını formalaşdırdıqdan sonra konkret olaraq istiqamətlərini müəyyənləşdirəcək qərarı versinlər. Düşünürəm ki, bu, doğru qərardır. Dünya təcrübəsinə də baxsaq, əksər ölkələrdə liseylərə qəbul 7-8-ci siniflərdə keçirilir”.
Cavidan Mirzəzadə
Demokrat.az