“Yanaşı dinc yaşamaq prinsipi, xüsusilə də qonşuluq əlaqələrinin hüquqi və siyasi əsasını təşkil edir”.
Bu fikirləri siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlamasında deyib.
O qeyd edib ki, bəlli bir müharibə mərhələsi artıq başa çatıb:
“Tərəflər arasında yeni normativlər formalaşıb. Bu prosesdə münasibətlərin Azərbaycanın qalib mövqeyi üzərində inkişaf etməsi ölkəmizin milli maraqları baxımından çox böyük əhəmiyyət daşıyır. Bu kontekstdə Azərbaycanın ortaya qoyduğu yanaşma təkcə regional deyil, həm də beynəlxalq səviyyədə daha çox qəbul olunmağa başlayır. Azərbaycanın mövqeləri üstünlük qazanır, bölgədə formalaşan yeni siyasi reallıqlar da məhz Azərbaycanın hərbi-siyasi üstünlüyü üzərində qurulur. Beləliklə, regionda Azərbaycanın maraqlarına uyğun olan siyasi şərait yaranır. Bu, gələcək əməkdaşlıq üçün möhkəm baza rolunu oynayır”.
Leyla Turan
Demokrat.az