"Orta məktəbdə oğlan şagirdlərin akademik göstəriciləri qızlarla müqayisədə statistika baxımından ürəkaçan deyil. Amma ümumi mənzərəyə baxanda, ali təhsil müəssisələrinə qəbul nəticələrinə və ən yüksək balları toplayan tələblərə diqqət yetirdikdə görürük ki, nəticə o qədər də fərqli deyil".
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Vüsal Kərimli deyib.
O, bildirib ki, bunun müəyyən obyektiv və subyektiv səbəbləri var:
"Ali təhsil müəssisələrinə qəbul statistikasına baxsaq, bu rəqəm 55-45% və ya 60-40% kimi bölünür, burada qızların üstünlüyü daha çox hiss olunur. Xüsusilə bunun müəyyən səbəbləri var".
Ekspert bildirib ki, magistraturada da qızların sayı üstünlük təşkil edir:
"Bunun səbəbi odur ki, oğlanlar daha çox real iş həyatına daxil olurlar və işləməklə məşğuldurlar, ona görə də təhsil prosesinə tam fokuslana bilmirlər. Bu kimi məsələləri nəzərə aldıqda görürük ki, burada xüsusi bir problem yoxdur və bu, normal qəbul edilməlidir. Ali təhsil müəssisələrində oğlanlarla qızlar arasındakı fərq və akademik göstəricilərdə ciddi fərq yoxdur".
Ekspert düşünür ki, hətta, göstəricilər bərabərdir:
"Oğlanlar təhsil aldıqları müddətdə həm işləyir, həm də təhsil alırlar. Ola bilər ki, bəzi qiymətlərdə və müəyyən sahələrdə çətinliklər olsun, amma bu o demək deyil ki, oğlanlar qızlardan az savadlıdırlar. Dünya elmində də savadlılıq dərəcəsi cinsə görə qiymətləndirilmir".
Əfsanə Kamal
Demokrat.az