Tələbə təqaüdlərinin artması gözlənilir?

GÜNDƏM 28 oktyabr 2025, 21:10
“Tələbə təqaüdlərinin artırılması məsələsi həm sosial, həm də strateji baxımdan vacibdir. Son illərdə dövlətin təhsilə ayırdığı vəsaitin artması bu istiqamətdə müsbət meyil yaradır. Təhsil xərclərinin yaşayış, nəqliyyat və qida qiymətlərinin yüksəlməsi fonunda tələbə təqaüdlərinin hazırkı səviyyəsi artıq kifayət etmir”. 

Bunu təhsil eksperti Qoşqar Məhərəmov Demokrat.az-a açıqlamasında bildirib.

Ekspert əlavə edib ki, hökumət bir neçə ildir sosial rifah proqramları çərçivəsində tələbələrin maddi yükünü azaltmağa çalışır:

“Bu addım gənclərin təhsilə marağını artırmaq, təhsilalanların əlavə işlərə yönəlməsinin qarşısını almaq baxımından da əhəmiyyətlidir. Təqaüdlərin artırılması həm də regionlarda yaşayan tələbələr üçün sosial bərabərlik yaradar. Bu qərar həm dövlət universitetləri, həm də özəl ali məktəblər üçün motivasiya rolunu oynaya bilər. Əgər artım büdcə imkanları çərçivəsində həyata keçirilərsə, təhsil keyfiyyətinə dolayı təsir göstərəcək. Gənclər daha çox dərsə, araşdırmaya və ictimai fəallığa yönələcəklər. Təqaüdlərin artırılması təkcə maliyyə deyil, həm də təhsilin dəyərinin artması deməkdir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top