HƏMAS Qəzzadakı liderinin sağ olduğunu iddia edir

DÜNYA 12 sentyabr 2025, 22:56
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağındakı lideri Xəlil əl-Hayyanın sağ olduğunu iddia edir.

Oxu.Az xəbər verir ki, radikalların "Telegram" kanalında müvafiq bəyanat dərc olunub.

"HƏMAS-ın Qəzzadakı rəhbəri Xəlil əl-Hayya gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində Dohada mərhum oğlu Humamın məzarını ziyarət edib", - məlumatda deyilir.

Xatırladaq ki, bir müddət öncə HƏMAS-ın Dohadakı iqamətgahı İsrail tərəfindən hədəfə alınıb. Bəzi iddialara görə, zərbə nəticəsində Xəlil əl-Hayya və bir neçə HƏMAS rəsmisi öldürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top