“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 4-cü turunda “Zirə” ilə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib.
“Qafqazinfo” xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
“Yaxşı oyun oldu, meydanda gərgin mübarizə getdi. Açığı, istəməzdim oyun bitsin, temp daha 15-20 dəqiqə davam etsəydi, maraqlı olardı. Təəssüf ki, futbol 90 dəqiqədən ibarətdir. Texniki səhvlərimiz var idi. Qarşıda da yaxşı hazırlaşmış rəqib var idi. Məğlub da ola bilərdik, qələbə də qazana bilərdik. Nəticədə bir xal əldə etdik. Rəşad Sadıqovu yaxşı oyuna görə təbrik edirəm və ona uğurlar arzulayıram. Öz oyunumuzdan tam razı qalmadım, amma futbolçuların əzmkarlığı xoşuma gəldi”.
- Kamilo Duranın oyununu necə dəyərləndirirsiniz? “Benfika” ilə matçda onu meydanda görəcəyik?
- Ümumən pis oynamadı. Hücumçuya xas hərəkətlər etdi və rəqib üçün təhlükəli anlar yaratdı. Ola bilsin ki, hələ tam mövqeyə uyğunlaşmayıb. Amma vaxtımız var, “Benfika”ya qarşı qərarı rəqibi tam analiz etdikdən sonra verəcəyik.
- Nəriman Axundzadənin vəziyyəti necədir?
- Durumu pis deyil. Amma yaxın günlərdə komanda ilə məşqlərə qoşulması gözlənilmir. Çempionlar Liqasındakı ikinci oyununadək kollektivə qatılacaq.
- Bu həftə AFFA İcraiyyə Komitəsinin iclası olub. Həmin iclasda iştirak etmisiniz?
- Bu həftə iclas olub? Məncə, olmayıb. Ola bilsin, onlayn formatda keçirilib.
- Sizcə, yığmanın növbəti baş məşqçisi yerli olmalıdır, yoxsa əcnəbi?
- Mən də şablon cavab verim? Burada əsas kriteriyalara düzgün əməl olunmalıdır. Tanıdığım bir neçə yerli məşqçi var ki, çox çalışırlar, öz üzərilərində işləyirlər. Onların işgüzarlığını hər zaman yüksək qiymətləndirmişəm. 4-5 məşqçimiz var ki, gecə-gündüz özünü inkişaf etdirməyə çalışır. Bu da nəticə, intizam və kollektivçilik gətirir. Xarici məşqçiləri isə yaxından tanımıram. Ona görə də hər zaman öz məşqçilərimizə üstünlük vermişəm. Millidə də, klublarda da yerli məşqçilərə güvənmək lazımdır.
- Emin Mahmudov sizin millidəki rekordunuzu yenilədi. Bununla bağlı nə deyə bilərsiniz?
- Onu təbrik etmişəm. İdmanda daimi heç nə yoxdur. Emin işgüzar, intizamlı və nümunəvi futbolçudur. Onu yenə də təbrik edirəm. Rəqəmlər o qədər də önəmli deyil. Digərlərinə də motivasiya olar ki, onun rekordunu təzələsinlər.
- “Benfika”nı gözucu təhlil etmisiniz?
- Bəli, baxmışam. Onları necə tanıyırqsa, elədirlər. Çox dinamik futbol oynayırlar. Hazırda Portuqaliyada ən dinamik oynayan komandadır. Oyunçular bir-biri ilə yaxşı balanslaşdırılıb. Yenə də geniş analiz edəcəyik. Çalışacağıq ki, onlara qarşı yaxşı oynayaq.