Elbrus dağında kanat qəzasında ölənlərin sayı üçə çatıb

HADİSƏ 12 sentyabr 2025, 21:11
Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasında Elbrus dağında təkoturacaqlı kanat xəttində qəza nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, əvvəlcə vilayətin qubernatoru Kazbek Kokov 2 nəfərin öldüyün açıqlayıb.

Bir qədər sonra isə vilayətin Föhqəladə Hallar Xidməti (FHX) göl yanında 3-cü şəxsin meyitinin aşkar edildiyini bildirib.

Qeyd olunub ki, qəzaya səbəb altıncı dayağın balans tirindən çıxan kabel olub.

"Ümumilikdə, kanatda 37 nəfər olub, 35 nəfər təxliyə edilib. 7 nəfər müayinə olunmaq üçün təcili tibbi yardım briqadasına təhvil verilib", - regional FHX-dan vurğulanıb.
Regional İstintaq Komitəsi istehlakçıların həyat və sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən xidmətlərin göstərilməsi maddəsi ilə cinayət işi açıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top