70 yaşlı Rusiya vətəndaşı Bakıda itkin düşdü

HADİSƏ 12 sentyabr 2025, 09:41
Bakıda 70 yaşlı kişi itkin düşüb.

Oxu.Az-ın məlumatına görə, hadisə Xətai rayonu ərazisində baş verib.

1959-cu il təvəllüdlü Fatma Səttar qızı İmanova ərizə ilə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə müraciət edərək, qardaşı, Rusiya Federasiyası vətəndaşı olan 1955-ci il təvəllüdlü Həsən Səttar oğlu İmanovun avqustun 23-də yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 14A, mənzil 19 ünvanından gedərək geri qayıtmadığını bildirib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsində araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 sentyabr 2025, 09:50
Top