Durov sevgilisinə bahalı hədiyyə göndərdi — FOTO

ŞOU-BİZNES 12 sentyabr 2025, 11:21
Daha öncə sevgilisi Yuliya Vavilovaya 25-ci yaş günündə "Telqram"da 4,3 milyon rubla NFT şəkli bağışlayan Pavel Durov ona yenidən bahalı hədiyyə göndərib.

AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, Durov bu dəfə Yuliyaya "Nastezh" "Teleqram" kanalına görə 500 min rubl dəyərində olan yeni NFT şəkli göndərib.
 
Vavilova Durovun hədiyyəsini sosial media hesabında paylaşıb.
 
Xatırladaq ki, Pavel Durovla Yuliya Vavilovanın münasibəti bir il əvvəl, o, Paris hava limanında saxlanılan zaman məlum olub. Həmin vaxt Yuliya hamilə idi, lakin stress səbəbindən uşağını itirmişdi. Cütlük vaxtının çox hissəsini Dubayda keçirir.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top