Lənkəranda iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demoktat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 28-də Lənkəran şəhəri, Həzi Aslanov küçəsində baş verib.
1971-ci il təvəllüdlü Ələddin həmin gün saat 14 radələrində Elvin ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisəyə səbəb isə Elvinin onun ünvanına nalayiq ifadə işlətməsi olub.
Bu səbəbdən aralarında yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsin burun nahiyyəsinə qəsdən kəllə ilə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Ələddinin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, martın 28-də, saat 14 radələrində küçədə hərəkətdə olan zaman əsəbi olduğu üçün asta səslə özü-özünə nalayiq ifadə işlədib: “Bu zaman yaxınlığmnda dayanan, adını sonradan bildiyim Elvin mənə salam verdi, adımı soruşdu. Adımın Ələddin olduğunu bildirdim. Mənə söyüş söyməməyimi bildirdi. Elvinə həmin söyüşü ona söymədiyimi dedim. O, yenə də nalayiq ifadə işlətməyin düzgün olmadığını ifadə etdi. Mən isə Elvinin məndən yaşca balaca olduğunu gördüm və ona “rədd ol, get də sən Allah” dedim. Bu zaman zərərçəkmiş şəxs ünvanıma nalayiq ifadə işlədərək, üzərimə gəldi. Mən də əsəbləşdim və Elvinin burun nahiyyəsinə kəllə ilə bir zərbə vurdum”.
Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ələddin 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, məhkum bundan əvvəldə mühakimə edilib. O, 2010-cu ildə Cinayət Məcəlləsinin 181.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddələri ilə təqsirli bilinib və 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, 2019-cu ildə cəzasının sonu ilə həbsdən azad edilib.
Fariz Məlikli
Demokrat.az