Əgər bu baş versə, sülhə təhlükə yaranacaq — Deputat

GÜNDƏM 12 sentyabr 2025, 13:06
“Bəzi KİV-lərdə Beynəlxalq Böhran Qrupunun saytına istinadən məlumatlar yayımlanır ki, gələn il Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı referendum bəzi risklər daşıya bilər. Belə ki, əgər referendumda Ermənistan əhalisi konstitusiya dəyişikliyinə gedilməsinə səs verməsə, onda sülh risk altında qala bilər”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Tural Gəncəliyev deyib. O bildirib ki, nəzəri baxımdan, əgər referendumda dəyişiklik rədd ediləcəksə, bu, birmənalı şəkildə sülhə təhlükə yaradır:

“Azərbaycan bütün diplomatik resurslardan istifadə edərək Ermənistanla hərtərəfli və tam sülhün əldə edilməsinə çalışır, yeni müharibənin olması marağında deyil.Hesab edirəm, Ermənistan əhalisi əgər sülh istəyirsə, onda öz konstitusiyasına dəyişiklik etməlidir. Bir tərəfdən sülh müqaviləsini imzalayaq, digər tərəfdə konstitusiyamızda Azərbaycana qarşı ərazi iddiasını saxlayaq kimi məntiq qeyri-mümkündür. 30 ildir iki ölkə arasında baş verənlər hamısı məhz bu konstitusiyadakı iddialara görə olub. Ümid edirəm ki, məntiq qalib gələcək”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 sentyabr 2025, 14:21
Top