Bu ərazilərdə işıq olmayacaq

SOSİAL 12 sentyabr 2025, 09:50
Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Demokrat.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq tədbirləri ilə əlaqədar Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq 4 saylı şəhər xəttində 12 sentyabr tarixində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 09:30-dan 16:00-dək şəhər ərazisində 20 Yanvar, İsi Səmədzadə, Üzeyir Hacıbəyov, Şirəli Axundov, Kələntərlilər, Fikrət Məmmədov, Müzəffər Nəsirli küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 sentyabr 2025, 09:50
Top