Ağdamda 16 yaşlı qıza qarşı cinsi zorakılıqda şübhəli bilinən 4 nəfər HƏBS OLUNDU

KRİMİNAL 11 sentyabr 2025, 20:13
Ağdamda 16 yaşlı qıza təcavüz etməkdə şübhəli bilinən dörd nəfər həbs edilib.

Oxu.Az-ın məlumatına görə, hadisə Ağdam rayonunun Yuxarı Yüzbaşılı kəndində baş verib. Kənd sakini, 16 yaşlı qız bir neçə nəfər tərəfindən cinsi zorakılığa məruz qalması barədə polisə məlumat verib.

Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində təcavüz əməlini törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.

Ağdam Rayon Məhkəməsində həmin şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Məhkəmənin qərarı ilə təqdimatlar təmin edilib, təcavüzdən şübhəli bilinən 3 nəfər barəsində 4 ay, bir nəfər barəsində isə 3 ay həbs
qətimkan tədbiri seçilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 sentyabr 2025, 22:16
11 sentyabr 2025, 21:01
11 sentyabr 2025, 19:05
Top