“Son bir neçə ildə ali təhsilə olan tələbat xeyli artıb. Bu, istər dövlət sifarişi, istərsə də ödənişli əsaslarla qəbul olunan tələbələrin sayında da özünü göstərir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib.
O əlavə edib ki, bu artım təkcə universitetlərə deyil, həmçinin kollec və peşə təhsili müəssisələrinə də aiddir:
“MDB ölkələri ilə müqayisədə biz hələ də tələbə sayı baxımından ön sıralarda deyilik. Bu da ilk növbədə universitetlərin sayının azlığı ilə bağlıdır. Son illərdə Qarabağ Universiteti, Türk-Azərbaycan Universiteti kimi mühüm təhsil müəssisələri yaradılıb. Bu, çox təqdirəlayiqdir. Amma fikrimcə, bizdə özəl ali təhsil müəssisələrinin sayı da artırılmalıdır. Hazırda özəl universitetlərin sayı azdır və bu da təhsil rəqabətinə mənfi təsir göstərir. Keyfiyyət məsələsi isə birmənalı deyil, bəziləri yaxşı, digərləri isə zəifdir. Amma ümumilikdə say artmalıdır. Bu məqsədlə özəl universitet açmaq istəyən iş adamlarına stimullaşdırıcı güzəştlər tətbiq edilməlidir. Universitet sayının artması cəmiyyətə yalnız fayda gətirər, heç bir zərəri yoxdur”.
Ekspert əlavə edib ki, bölgələrdə dövlət universitetlərinin filialları çox azdır:
“Hazırda UNEC-in Zaqatala, BDU-nun və ADA-nın Qazax filialı fəaliyyət göstərir. Lakin digər böyük universitetlərin – Azərbaycan Texniki Universiteti, Memarlıq və İnşaat Universiteti, Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti və s. – bölgələrdə filialları yoxdur. Bu da tələbələrin paytaxta yönəlməsinə və mövcud təhsil infrastrukturunun yüklənməsinə səbəb olur. Məsələn, bu il 626 bal toplayan bir abituriyentin ADA-nın Şəki filialını seçməsi göstərir ki, bölgələrdəki filiallara tələbat mövcuddur. Əgər bu filiallar olmasaydı, həmin seçim də baş verməzdi. Filialların yaradılması və özəl universitetlərin sayının artırılması, qəbul sayı artdıqca təhsil sistemində mümkün xaosun qarşısını almağa kömək edəcək. Tələbə axınının balanslı şəkildə tənzimlənməsinə şərait yaradacaq”.
Leyla Turan
Demokrat.az