"Güman olunur ki, Vaşinqton razılaşmasının icrasına maneələrin çıxmaması üçün..." — AÇIQLAMA

GÜNDƏM 11 sentyabr 2025, 21:46
“Paşinyan parlamentdə çıxışında qeyd edib ki, Zəngəzur dəhlizindən keçən azərbaycanlıların pasportları sərhəddə xüsusi cihazlarla yoxlanacaq. Onun sözlərinə görə, bu zaman insan müdaxiləsi olmayacaq, sərhədçilər yalnız şübhəli hallar olduqda prosesə qarışacaqlar”.

Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib.

O əlavə edib ki,  Naxçıvana maneəsiz keçidin necə təşkil olunacağı hələlik dəqiq bilinmir:

“Paşinyanın dedikləri əsasən Ermənistan daxilində səslənən “dəhliz suverenliyi pozur” tənqidlərinə cavab kimi görünür. Azərbaycan isə əvvəldən tələb edib ki, vətəndaşlar və yüklər Naxçıvana gedərkən erməni sərhədçiləri və gömrükçüləri ilə təmasda olmasın. Prezident İlham Əliyev də vurğulamışdı ki, bizim insanlar və yüklər orada erməni sərhədçisini görməməlidir. Bu baxımdan pasportların cihazla oxunması Azərbaycanın tələbini qismən qarşılayır. Amma “maneəsiz keçid” anlayışı təkcə təmasın olmaması deməkdir, yoxsa ümumiyyətlə heç bir yoxlama aparılmayacaq – bu, hələ açıqlanmayıb. Güman olunur ki, Vaşinqton razılaşmasının icrasına maneələr çıxmaması üçün dəhlizlə bağlı detalları bir müddət açıqlamaya bilərlər”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 sentyabr 2025, 22:16
11 sentyabr 2025, 21:01
Top