Moskvaya növbəti dəfə PUA hücumu olub

DÜNYA 27 oktyabr 2025, 23:46

Rusiyanın paytaxtı Moskvaya PUA hücumu olub.

Bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

Onun sözlərinə görə, Moskva istiqamətində uçan iki pilotsuz uçuş aparatı vurulub.

Mer dronların vurulduğu rayonlarda təcili yardım xidmətlərinin çalışdığını söyləyib.

Qeyd edək ki, dünən də axşam saatlarından başlayaraq Rusiya paytaxtı Ukrayna tərəfindən PUA hücumuna məruz qalıb. Rusiya Müdafiə Nazirliyi tək Moskva və ətraf regionda 40-a yaxın PUA-nın vurulduğunu açıqlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 oktyabr 2025, 21:30
Top