Tramp 3-cü dəfə prezident olmaq istəmir

DÜNYA 27 oktyabr 2025, 23:59
ABŞ Prezidenti Donald Tramp 2028-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyini açıqlayıb və favoritləri göstərib.

Bizim.Media xəbər verir ki, bu barədə Tramp Air Force One təyyarəsində jurnalistlərin suallarını cavablayarkən danışıb.

Donald Tramp bildirib ki, üçüncü dəfə prezidentliyə namizəd olmağı planlaşdırmır, çünki bu addımın konstitusiyaya zidd olduğunu hesab edir.
 
O, prezidentliyə əsas namizədlər kimi vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubionu göstərib.

Tramp Vensi “möhtəşəm vitse-prezident” kimi qiymətləndirib, Rubi barədə isə deyib:

“Bizdə əla insanlar var — detallara girməyə ehtiyac yoxdur. Onlardan biri məhz buradadır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 oktyabr 2025, 21:30
Top