Oktyabrln 19-da Fransanın Luvr muzeyində baş verən oğurluqda şübhəli bilinən iki nəfər həbs edilib.
Axşam.az xəbər verir ki, bu barədə “France Inter” istintaqa yaxın mənbəyə istinadən məlumat yayıb.
“Le Figaro” qəzeti qeyd edib ki, ikinci şübhəli Sen-Sen-Denis departamentində saxlanılıb. İş üzrə ümumilikdə dörd şübhəli şəxs axtarışa verilib.
O, dünən Parisin Rua-Şarl de Qoll hava limanında saxlanılıb. Saxlanılanlar mütəşəkkil oğurluq və sui-qəsd ittihamları ilə həbs olunublar. İki şübhəli şəxsin axtarışı davam edir.