Ayxan Abbasov: "Qarabağ"dan aldığımız xal bizim üçün önəmlidir

İDMAN 27 oktyabr 2025, 09:13
"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının lX turunda səfərdə "Qarabağ"la oyundan (0:0) sonra mətbuat konfransında sualları cavablandırıb.

Bizim.Media xəbər verir ki, o, oxu.az əməkdaşının ona ünvanladığı "Bir xalı sizin, yoxsa "Qarabağ"ın aktivinə yazmaq olar?" sualını cavablandırıb.

Mütəxəssis hər xalı komandası üçün vacib adlandırıb:

"Bizə hər xal vacibdir. Çünki məqsədlər ayrıdır. Biz "Qarabağ"la müqayisə ediləsi deyilik. Əsas odur ki, "Şamaxı" adı ilə "Qarabağ"dan ilk xalımızı aldıq. Ötən mövsüm iki oyunda son anlarda nəsə çatmadı. Bu gün xal aldıq. Bizim üçün mühüm xaldır. "Qarabağ" çempionluğa oynayan, lider komandadır. Səfərdə bir xal bizim üçün daha önəmlidir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top