Misli Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
Günün ikinci matçında "Sumqayıt" "Zirə"nin qonağı olub.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Görüşdəki yeganə qolu 37-ci dəqiqədə Brahim Konate vurub.
Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran Bakı klubu üçüncü pillədə qərarlaşıb. "Gənclik şəhəri" təmsilçisi 14 xalla altıncıdır.
Günün ilk görüşündə "Sabah" "Araz-Naxçıvan"la heç-heçə edib - 2:2.
Qeyd edək ki, ötən gün "Turan Tovuz" "Karvan-Yevlax"ı (2:1), "İmişli" isə "Kəpəz"i (3:0) məğlub edib. Tura oktyabrın 26-da yekun vurulacaq.