Ana Vətən Partiyasının bu gün keçirilən növbədənkənar qurultayında Fəzail Ağamalı partiyanın sədrlik postundan istefa verdiyini bəyan edib.
Demokrat.az xəbər verir ki, qurultayda Fəzail Ağamalının oğlu Elçin Ağamalı ilə arasında baş verən davadan sonra partiya bəyanat yayıb.
Fəzail Ağamalının deputat qızı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalının adından yayılan bəyanatda deyilir ki, Fəzail Ağamalı qurultayın açılışı ilə bağlı etdiyi çıxışda partiya sədrliyindən istefa vermək istəyini bildirsə də, bu məsələ rəsmi olaraq həllini tapmayıb:
“Partiyanın sədri Fəzail Ağamalı qarşı tərəfdən qaynaqlanan, əvvəlcədən hazırlanmış və qurultayın gedişinə mane olan qeyri-etik, qalmaqal, təhdid xarakterli davranışlar səbəbindən növbədənkənar qurultayı qeyri-müəyyən müddətə təxirə salıb. Qeyd edilən faktlar qurultayın gedişatına mane olmaqla yanaşı, o cümlədən qurultay iştirakçılarına hörmətsizlik, prosesin pozulması və sədrliyə namizədliyi irəli sürülən digər üç nəfərin hüquqlarının və qanunun kobud şəkildə pozulmasıdır. Partiyamız təməl prinsipləri və ənənəvi xarakter daşıyan siyasi xətt üzrə bundan sonra da öz fəaliyyətini ən yüksək səviyyədə davam etdirəcəkdir".
Fəzail Ağamalının oğlu Elçin Ağamalı Demokrat.az-a açıqlamasında bacısı Günay Ağamalını qanunsuz olaraq partiya adından yalan bəyanat yaydığına görə pisləyib.
Elçin Ağamalı bildirib ki, Fəzail Ağamalı hər kəsin qarşısında Ana Vətən Partiyasının sədrliyindən istefa verib və həmin anın vidogörüntüləri də var:
“Ana Vətən Partiyasının yeni sədri mən seçilmişəm. Buna heç kəsin şübhəsi ola bilməz”.
Vaqif Hüseynli
Demokrat.az