Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, artıq Türkiyə ilə Azərbaycan arasında yük maşınlarının tranziti Ermənistan ərazisi ilə həyata keçirilə bilər. Onun sözlərinə görə, Marqara–Yeqnadzor–Sisyan–Gorus marşrutu üzrə yollar və sərhəd infrastrukturu artıq hazır vəziyyətə gətirilib. Bu addım regionda iqtisadi əlaqələrin bərpası və yeni nəqliyyat-kommunikasiya xəttinin formalaşması baxımından mühüm mərhələ hesab olunur. Məsələ həm də Cənubi Qafqazda dəyişən siyasi balansın və qarşılıqlı maraqların yeni istiqamətdə uzlaşmasının göstəricisi kimi qiymətləndirilir.

Bu barədə Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məhz Qazaxıstanda verdiyi açıqlamadan və etdiyi jestdən sonra Ermənistan tərəfi də bunu cavabsız buraxmaq istəmədi:
“Azərbaycan öz ərazisindən tranzit yolu ilə Ermənistana yükdaşımalara icazə verdi. İlkin olaraq Qazaxıstandan Ermənistana taxıl daşınmasına şərait yaradıldı. Bu, həqiqətən də çox böyük bir addım idi. Bu, cənab Prezidentin uzaqgörənliyi və humanist yanaşmasının bariz nümunəsi idi. Biz bir daha dünyaya və Ermənistana sübut etdik ki, sülh istəyirik və sülhün bərqərar olması üçün real addımlar atırıq. Bizim dediklərimiz yalnız sözdə qalmır, əməldə də təsdiqini tapır. Ermənistan tərəfi də bu addımı müsbət qarşıladı. Baş nazir Nikol Paşinyanın verdiyi açıqlamalardan da görmək olur ki, onlar da Azərbaycan və Türkiyə arasında tranzit yükdaşımalara müsbət yanaşırlar. Əlbəttə, əsas istəyimiz bu tranzitin məhz Zəngəzur dəhlizi vasitəsilə həyata keçirilməsidir. Prezidentin də qeyd etdiyi kimi, 2028-ci ilə qədər bu dəhlizin istifadəyə verilməsi mümkündür. Çünki Azərbaycan ərazisində işlərin böyük əksəriyyəti artıq görülüb və ilin sonuna qədər həm dəmir yolu, həm avtomobil yollarının inşası tamamlanacaq”.

Millət vəkili diqqətə çatdırıb ki, Ermənistan ərazisində olan 40–42 kilometrlik hissədə hələlik heç bir iş görülməyib:
“Bu ərazidə də inşaat, yenidənqurma və rekonstruksiya işləri həyata keçirilməlidir. Bu isə müəyyən vaxt tələb edir. Digər tərəfdən, müxtəlif kommunikasiya yolları vasitəsilə Ermənistan ərazisindən tranzit yükdaşımaları mümkündür. Lakin Azərbaycan bu yoldan nə dərəcədə istifadə edəcək, bu hələ dəqiq məlum deyil. Hazırda Azərbaycan və Türkiyə arasında Gürcüstan üzərindən dəmir yolu və avtomobil yolları ilə yükdaşımalar həyata keçirilir və bu illərdir davam edir. Ermənistan tərəfinin Prezidentin atdığı bu humanist addıma cavab olaraq jest etməsi onların da müsbət niyyətlərini ortaya qoyur. Ümid edirik ki, Ermənistan bu dəfə dediklərinin arxasında dayanacaq və xüsusilə Zəngəzur dəhlizinin istifadəyə verilməsi prosesini sürətləndirəcək. Avqust ayında Vaşinqtonda əldə edilmiş razılaşmalardan sonra artıq Ermənistanla bağlı məsələlər, xüsusilə Zəngəzur dəhlizinin işlədilməsi ABŞ şirkətlərinə həvalə olunacaq. Bu da ABŞ və Ermənistan arasında əldə edilmiş razılaşma əsasında reallaşdırılacaq. Bu baxımdan ümid edirik ki, proseslər sürətlənəcək”.
N.Həmzəyevin sözlərinə, bu layihə həm yükdaşımaları üçün, həm də Azərbaycan vətəndaşlarının maneəsiz şəkildə Naxçıvana giriş-çıxışının təmin edilməsi baxımından əhəmiyyətlidir:
“Bu layihənin yaxın zamanda reallaşdırılması gözlənilir. Bunun davamı olaraq isə Naxçıvandan qarşıya uzanan dəmir yolunun inşasına da start verilib. Bu, ümumilikdə Zəngəzur dəhlizinin birbaşa Türkiyədən keçməklə Avropaya çıxışın təmin olunmasına gətirib çıxaracaq. Bu isə region dövlətləri üçün çox əla bir alternativdir və bəlkə də ən aparıcı yollardan birinə çevriləcək. Çünki bir daha qeyd edim ki, yükdaşımaları üçün belə şaxələndirmə vacibdir. Xüsusilə Orta Dəhlizin inkişaf etdirilməsi və bu dəhliz üzrə yükdaşıma imkanlarının artırılması baxımından bu proses çox önəmlidir. Hazırda Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında vahid tarif əsasında yük daşımalarına dair işlər görülür. Bu da Orta Dəhlizin əhəmiyyətini və aktuallığını daha da artırır. Vahid tarifə keçid bu prosesi sürətləndirəcək. İş adamları üçün bu əla bir fürsət olacaq. Mən inanıram ki, Zəngəzur dəhlizinin açılması ilə artıq bu vahid tarif sisteminə həm Türkiyənin, həm də Ermənistanın qoşulması mümkün olacaq. Bu da bir daha qeyd edim ki, daha rahat, daha operativ və daha sürətli yükdaşımalarını təmin edəcək”.
Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, bu, Cənubi Qafqazda yeni geosiyasi mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər:

“Nikol Paşinyanın bəyanatı, əslində, Ermənistanın regiondakı reallıqları qəbul etməyə başladığını göstərir. Türkiyə və Azərbaycan yük maşınlarının Ermənistan üzərindən keçməsi, 2020-ci ildən sonra bölgədə formalaşan yeni status-kvonun praktik nəticəsidir. Bu addım, faktiki olaraq, iqtisadi inteqrasiya və qarşılıqlı asılılıq mərhələsinə keçidin siqnalıdır. Ermənistan üçün bu, həm siyasi, həm də iqtisadi baxımdan cəsarətli, amma riskli qərardır. Çünki ölkə daxilində bu mövzu ciddi daxili narazılıq və müxalif reaksiyalara səbəb ola bilər. Azərbaycanla Naxçıvan arasında tranzit razılaşması əldə olunması da regionda yeni kommunikasiyanın formalaşmasına işarə edir. Bu, Zəngəzur dəhlizi kimi tanınan yolun açılması istiqamətində mühüm diplomatik addımdır. Hərçənd Ermənistan “dəhliz” terminindən uzaq durmağa çalışsa da, faktiki olaraq bu, həmin konsepsiyanın mərhələli reallaşması deməkdir”.
Siyasi şərhçi diqqətə çatdırıb ki, bu marşrutun işə düşməsi həm Azərbaycanın, həm də Türkiyənin iqtisadi üstünlüyünü artıracaq:
“Digər tərəfdən, İran bu prosesləri diqqətlə izləyir və bölgədəki logistika üstünlüyünü itirmək istəmir. Qərb dövlətləri isə bunu Cənubi Qafqazda sabitlik və iqtisadi inteqrasiyanın güclənməsi kimi qiymətləndirə bilər. Ermənistanın bu qərarı Rusiya ilə münasibətlərdə əlavə gərginlik yarada bilər.
Çünki Moskva bölgədəki kommunikasiya xətləri üzərində nəzarəti itirmək istəmir. Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında yolun açılması, həm iqtisadi, həm də strateji baxımdan tarixi hadisə olacaq. Bu, Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması anlamına gəlir. Regionda ticarət və enerji axınları daha dinamik hala gələ bilər. Uzunmüddətli perspektivdə bu, həm Bakı, həm Ankara, həm də İrəvan üçün qarşılıqlı asılılıqla sülh modelinə keçidi təşviq edə bilər. Amma bu prosesin davamlı olması üçün siyasi iradə və təhlükəsizlik təminatları əsas şərt olacaq”.
Leyla Turan
Demokrat.az
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” istiqamətində hazırlanıb.