“Atam və bacım legitimliyimi şübhə altına alarsa, onları məhkəməyə verəcəm” — Fəzail Ağamalının oğlu

GÜNDƏM 25 oktyabr 2025, 17:25
“Ana Vətən Partiyasının bu gün keçirilən Qurultayında mən yeni sədr seçildim. Bununla bağlı əlimdə görüntülü faktlar var”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Ana Vətən Partiyasının sabiq sədri Fəzail Ağamalının oğlu Elçin Ağamalı bildirib.

O, Ana Vətən Partiyasının Qurultayında böyük səslə qalib gəldiyini deyib:

“Heç kim, hətta atam və deputat bacım belə mənim hüquqlarımı tapdlaya bilməz. Ana Vətən Partiyasının yeni sədri mənəm. Bununla bağlı sənədlər də hazırlanır və Ədliyyə Nazirliyinə təqdim olunacaq. Əgər atam və bacım Günay Ağamalı tərəfindən mənim legitimliyimi şübhə altına alacaq addımlar atılsa, o zaman onlarla bağlı Ədliyyə Nazirliyinə və məhkəmələrə müraciət edəcəm”. 


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 oktyabr 2025, 18:15
Top