Xəbər verdiyimiz kimi, bu gün Ana Vətən Partiyasının qurultayında gərgin anlar yaşanıb. Partiya sədri Fəzail Ağamalı qurultayda baş verən davada namizəd oğlu Elçin Ağamalını ittiham edib.
Demokrat.az xəbər verir ki, Elçin Ağamalı bildirib ki, onun əlində Fəzail Ağamalının partiya sədrliyindən istefa verməsi ilə bağlı görüntülər var.
"Eyni zamanda, mənim partiya sədrliyinə seçilməyimlə bağlı da videogörüntülər mövcuddur. Partiyada 25 illik fəaliyyətim var. Partiya nədir, reqlament nədir, bilirəm. Bütün qayda-qanunlara əməl etmişəm. Qurultayda mənim namizədliyimi irəli sürən, bunu müdafiə edən şəxslərin çıxışına imkan verilməyib. Zalın mənə böyük dəstəyini görən qarşı tərəf iclası saxladı, qurultayı təxirə saldı. Məni sədr kimi görmək istəyənlər isə zalı tərk etməyib, məsələni sonluqla yekunlaşdırıblar".
Elçin Ağamalının sözlərinə görə, Fəzail Ağamalı qızı Günay Ağamalını partiya sədrliyinə namizəd irəli sürmüşdü:
"Ondan başda daha üç namizəd oldu. Ümumilikdə sədrliyə iddialı 4 namizəd var idi. Fəzail Ağamalı dəfələrlə mənə deyib ki, səni partiyada görmək istəmirəm. Mən də dedim ki, bunu qurultayda görəcəyik. 155 nümayəndədən 100-dən artığı mənə səs verib.