Fəzail Ağamalı oğlu ilə arasındakı davadan DANIŞDI

GÜNDƏM 25 oktyabr 2025, 15:05
"Partiyanın qurultayında dava düşməyib. Sadəcə olaraq oğlum qurultayın gedişini pozdu, reqlamentə zidd getdi, özü haqqında tərif deyib başqa namizədin və partiyanın ünvanına xoşagəlməz sözlər işlətdi, ona görə də qurultayda fasilə elan olundu".

Demokrat.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, partiya sədrliyinə əlavə üç nəfərin də namizədliyi irəli sürülüb:

"Sadəcə özünün namizədliyinin alternativsiz olduğunu dilə gətirir. Digər namzədlərin də hüquqlarının pozulduğunu gördüm. Bu da qurultayın ümumi gedişinə və prinsiplərinə uyğun gəlmədi. Vəziyyətin də xoşagəlməz istiqamətdə irəlilədiyini görərək qurultayda fasilə elan etdim. Yəni qurultay qeyri-müəyyən müddətə qədər fasilədədir və heç bir namizəd partiya sədri seçilməyib".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top