Cari ilin səkkiz ayında 58 nəfər sığınacaq almaq üçün Azərbaycana gəlib

GÜNDƏM 25 oktyabr 2025, 17:38
2025-ci ilin yanvar-avqust ayları ərzində 58 nəfər sığınacaq almaq üçün Azərbaycana gəlib.

Demokrat.az "Report"a istinadla xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.6% çoxdur.

Bundan əlavə, "Qaçqın Konvensiyasına" əsasən, "qaçqın" statusu alan 263 nəfər Azərbaycana gəlib. Bu isə əvvəlki ilin müvafiq ayları ilə müqayisədə 19.5% çoxdur.

Həmçinin heç bir vətəndaşlığı olmayan 536 nəfər Azərbaycana gəlib. Bu isə 2024-cü ilin 9 ayı ilə müqayisədə 38.7% azdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 oktyabr 2025, 18:15
Top