Beyləqan rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Dünyamalılar kəndi ərazisində qeydə alınıb.
Belə ki, Beyləqan rayon sakini Rasim Əhmədov idarə etdiyi "Mercedes" markalı avtomobil ilə yolu keçən 2015-ci il təvəllüdlü Adəm Rövşən oğlu Salahlını vurub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, azyaşlının vəziyyəti ağırdır:
"Oktyabrın 25-i saat 16:00-da Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2015-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona qapalı kəllə-beyin travması, komatoz vəziyyət diaqnozu təyin olunub.
Pasiyentin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir".