Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə əlaqədar Medianın İnkişafı Agentliyinin və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə MEDİA və RİİB könüllülərinin Zərdab şəhərinə səfəri təşkil olunub.
Görkəmli maarifçi və publisist Həsən bəy Zərdabinin ev muzeyini ziyarət edən könüllülərə muzeyin ekspozisiyası, Həsən bəy Zərdabinin həyat və fəaliyyəti, Azərbaycan mətbuat tarixində rolu barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Həsən bəy Zərdabinin ev muzeyi maarifçilik ənənələrinin yaşadılması, milli mətbuat tarixinin gələcək nəsillərə çatdırılması və Zərdabinin ideyalarının təbliği baxımından mühüm mədəni irs ocağıdır.
Səfər çərçivəsində teleaparıcı Mümtaz Xəlilzadə tərəfindən “Müasir dövrdə media savadlılığı və effektiv kommunikasiyada nitq mədəniyyətinin önəmi” mövzusunda təlim keçirilib. Təlim zamanı iştirakçılara rəqəmsal informasiya mühitində media savadlılığının rolundan, kommunikasiya bacarıqlarının şəxsi və peşəkar inkişafda əhəmiyyətindən, eləcə də nitq mədəniyyətinin media nümayəndələrinin peşəkar imicinə təsirindən bəhs edilib.
Qeyd edək ki, Zərdab şəhərinə səfərin təşkilində məqsəd Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi və publisist Həsən bəy Zərdabinin irsini daha yaxından tanıtmaq, onun milli jurnalistikanın formalaşmasında oynadığı rolu gənclərə çatdırmaq və maarifçilik ideyalarını könüllülər arasında təbliğ etməkdən ibarət olmuşdur.