“Netflix” şirkəti ABŞ siyasi tarixində mühüm yer tutan Kennedi ailəsi haqqında yeni dram serialının çəkildiyini açıqlayıb.
“Qafqazinfo” CNN-ə istinadla xəbər verir ki, layihə “Kennedilər” adlanır və Frederik Loqevalın “Con Kennedi: Amerika dövründə yetkinləşmə (1917-1956)” adlı kitabı əsasında hazırlanıb.
Serialda ata Con Kennedi obrazını tanınmış irland aktyor Maykl Fassbender canlandıracaq. Ekran işi Kennedi ailəsinin qalibiyyətləri və faciələri, həmçinin onların Amerika cəmiyyətindəki təsirini əks etdirəcək.
Məlumata görə, Kennedilərin tarixi həm parlaq yüksəlişlər, həm də sarsıdıcı faciələrlə doludur. ABŞ ictimaiyyətində bu ailənin üzərində “lənət”in olması ilə bağlı çoxsaylı miflər dolaşır. Xüsusilə qeyd olunur ki, Prezident Con Kennedinin oğlu – kiçik Con Kennedi 1999-cu ildə həyat yoldaşı və övladı ilə birlikdə təyyarə qəzasında həlak olmuşdu.
Serialın müəllifləri bildirirlər ki, “Kennedilər” layihəsi həm Şekspir faciələrinə, həm də “Cəsurlar və Gözəllər” kimi ailə dramlarına bənzər emosional atmosfer yaradacaq.