Ermənistan yeni silah və hərbi texnikalar alıb

DÜNYA 25 oktyabr 2025, 09:44
Ermənistan yeni nəsil silahlar alıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan müdafiə naziri Suren Papikyan yerli İctimai Televiziyaya müsahibəsində bildirib.

O, Ermənistanın müdafiə sahəsində tərəfdaşlıqları diversifikasiya etdiyini və silah tədarükünü yalnız yeni nəsil texnologiyalar əsasında həyata keçirdiyini bildirib:

“2022-ci ildən etibarən biz müdafiə əlaqələrini diversifikasiya etməyə qərar verdik.

Artıq bu proses başa çatıb və biz yalnız yeni nəsil silah və hərbi texnika alırıq”.
 
Nazir vurğulayıb ki, bu addımlar ölkənin hərbiləşdirilməsi üçün deyil, müdafiə qabiliyyətinin artırılması məqsədilə atılıb.

“Ermənistan ordusu və silahları yalnız ölkənin ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün istifadə olunacaq. Sərhədlərimizdən kənarda silahlı qüvvələrdən istifadə etmək niyyətimiz yoxdur", - deyə Papikyan qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 oktyabr 2025, 11:18
25 oktyabr 2025, 09:07
Top