Rəqsanə İsmayılova azadlığa çıxır? — VİDEO

ŞOU-BİZNES 25 oktyabr 2025, 09:28

Ekstrasens Natavan Qarayeva Rəqsanə İsmayılovanın tezliklə azadlığa çıxacağını deyib.

Demokrat.az "Yeni Sabah"a istinadən xəbər verir ki, o, bununla yanaşı müğənninin ailəsi ilə bağlı xoş olmayan proqnozlar da verib.

Ekstrasens bildirib ki, müğənninin ailəsi dağılacaq:

"Rəqsanə xanım hazırda hamının marağındadır. Həyatında yaxşı şeylər görmürəm. Lakin bunun müddəti qısa olacaq. Tezliklə azadlığa çıxacaq, amma ailəsi dağılacaq. Onu tək görürəm. Övladlarından yarıyacaq. Bu ilin axırına qədər azadlığa çıxacaq və Yeni ili övladları ilə birlikdə keçirəcək".

Qeyd edək ki, R. İsmayılova 2 zərərçəkən şəxsin 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirməkdə təqsirləndirilir.

 


 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 oktyabr 2025, 11:18
25 oktyabr 2025, 09:07
Top