Vəkil Zabil Qəhrəmanov HƏBS EDİLDİ

GÜNDƏM 25 oktyabr 2025, 23:58
Gəncə şəhər Məhkəməsində keçmiş vəkil Zabil Qəhrəmanovun məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, məhkəmənin qərarı ilə vəkil barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Z. Qəhrəmanov ötən gün avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirməkdə ittiham olunaraq saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) maddəsi ilə cinayət işi açılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 oktyabr 2025, 00:18
Top