Elman Nəsirov qızını tutdurmaq istəyir? — Laləzardan daha bir açıqlama

GÜNDƏM 26 oktyabr 2025, 00:27
Milli Məclisin deputatı Elman Nəsirovla onun qızı olduğunu iddia edən Laləzar Əliyeva (Nəsirova) arasındakı qalmaqal davam edir.

Laləzar deputatın qızı olduğunu iddia etsə də, Elman Nəsirov iddiaları qəbul etməyərək məsələnin radikal müxalifətin işi olduğunu deyib. 

Elman Nəsirovun ilk evliliyindən dünyaya gəldiyini iddia edən Laləzar Əliyeva deputatla anasının toy fotolarına qədər paylaşıb.

Laləzar eyni zamanda atalığın dəqiqləşdirilməsi üçün analiz verməyə də hazır olduğunu deyib.

Laləzar atasının onu tutdurmaq istədiyini bildirib:

“Təqdim etdiyim fotolarda ata-anamın toy şəkilləridir. Atamın nənəsini Rüqsarə xanımın da qucağında şəklim var. Dünən yoldaşım gəldi ki, videoları sil, atan səni həbs etdirmək istəyir. Necə onun qızı deyiləm ki, məni tutdurmaq istəyir. Mən analiz verməyə də hazıram”.

Xatırladaq ki, Savashmedia.az-ın əməkdaşı qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə gün ərzində dəfələrlə Elman Nəsirovla əlaqə yaratmağa çalışsa da, deputat zənglərə cavab verməyib.

Qarşı tərəfin də mövqeyni dərc etməyə hazırıq. (Savashmedia.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 oktyabr 2025, 00:18
Top