“Qəbələ” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı

İDMAN 26 oktyabr 2025, 10:19
Bu gün Misli Premyer Liqasında 9-cu tura yekun vurulacaq. 

Demokrat.az xəbər verir ki, son oyun günündə iki matç keçiriləcək. 

Əvvəlcə “Qəbələ” öz meydanında “Neftçi”ni sınağa çəkəcək. Hazırda bu komandalar turnir cədvəlində qonşudurlar. Paytaxt təmsilçisi 9 xalla 9-cu, əyalət klubu isə 5 xalla 10-cudur. 

Turun son qarşılaşmasında “Qarabağ” “Şamaxı”nı sınağa çəkəcək. Hazırda ikinci pilləyə qərarlaşan Ağdam klubu bu matçda qələbə qazansa, yenidən vahid lider olacaq. “Şamaxı” isə 8 oyundan sonra 9 xal toplayıb və 8-ci yerdədir.  

Misli Premyer Liqası
IX tur
26 oktyabr (bazar) 


16:00. “Qəbələ” - “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli 
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Qəbələ şəhər stadionu

18:30. “Qarabağ” - “Şamaxı”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Emin Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Elşad Abdullayev
“Azersun Arena”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 oktyabr 2025, 08:47
Top