Argentinada seçki məntəqələri parlament seçkiləri üçün açılıb.
Demokrat.az-ın xarici mətbuata istinadən məlumatına görə, seçkinin nəticələri parlamentin hər iki palatasının tərkibini qismən yeniləyəcək.
Mövcud konstitusiyaya (1853-cü ildə qəbul edilib, 1994-cü ildə əlavə və dəyişikliklər olunub) əsasən, Argentina prezident respublikasıdır. Qanunvericilik hakimiyyəti Senat və deputatlar palatasından ibarət Konqresə məxsusdur.
Deputatlar palatasının 257 üzvü var. Onlar birbaşa proporsional təmsilçilik yolu ilə dörd illik müddətə seçilirlər. Üzvlərin yarısı hər iki ildən bir yenilənir.
Senatın 72 üzvü var. Seçkilər majoritar sistemlə keçirilir. 23 əyalətin və paytaxt Buenos Ayresin hər birindən üç nümayəndə seçilir: onlardan ikisi ən çox səs toplayan partiya tərəfindən irəli sürülür və bir yer ən yüksək reytinqli növbəti siyasi partiyaya verilir. Senatorların səlahiyyət müddəti altı ildir, onların sıralarının üçdə biri hər iki ildən bir yenilənir.
Argentinanın 25 yaşdan yuxarı vətəndaşları parlament üzvü, 30 yaşdan yuxarı şəxslər isə senatorlar seçilə bilər.
2025-ci ildə qeydiyyatdan keçmiş seçicilərin sayı təxminən 36 milyondur (2024-cü ildə ölkə əhalisi 45,7 milyon olub).