Tailand və Kamboca sülh müqaviləsi imzalayıblar

DÜNYA 26 oktyabr 2025, 09:27
Tailandın və Kambocanın baş nazirləri Anuthin Çanvirakun və Xun Manet Kuala Lumpurda keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh müqaviləsi imzalayıblar.

Bu barədə Demokrat.az yerli mediaya istinadən xəbər verir.

Tailandın Xarici İşlər Nazirliyinin İnformasiya Departamentinin baş direktoru və mətbuat katibi Nikondet Phalanqun daha əvvəl bildirib ki, tərəflər sülh müqaviləsi deyil, münaqişənin sülh yolu ilə həlli üçün təməl qoymaq məqsədi daşıyan birgə bəyannamə imzalayırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 oktyabr 2025, 08:47
Top