Vilnüs aeroportu fəaliyyətini bərpa etdi

DÜNYA 26 oktyabr 2025, 08:55
Oktyabr 25-i axşam saatlarında hava məkanına naməlum obyektlərin daxil olması səbəbindən bağlanan Vilnüs Beynəlxalq Hava Limanı yenidən fəaliyyətə başlayıb.

Demokrat.az-ın məlumatına görə, bu barədə milli radio LRT məlumat verib.

"Paytaxt hava limanı saat 03:30-da (Bakı vaxtı ilə 05:30 - red.) fəaliyyətini bərpa edib", - radiostansiyanın məlumatında qeyd olunub.

Hava limanı 25 oktyabr saat 21:30-da bağlanmışdı. Bu zaman hava məkanında elektron vasitələrlə naməlum obyektlər qeydə alınmışdı. Ehtimal ki, bunlar meteoroloji balonlar olub. Litva tərəfinin iddialarına görə, həmin balonlar qaçaqmalçılar tərəfindən Litva-Belarus sərhədindən siqaretlərin keçirilməsi üçün geniş istifadə olunur.

Paytaxtın hava limanı ikinci gecə ardıcıl və cari həftə ərzində üçüncü dəfə bağlanıb. Bu, ümumilikdə 70 aviareysə təsir edib, 10 mindən çox sərnişin problemlərlə üzləşmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 oktyabr 2025, 08:47
Top