YapiKredi Müraciət Forması
Mazda CX-5
İdman

İdman yarışlarında hakimlərə ödəniləcək xidmət haqqı müəyyənləşdi

İdman yarışlarında hakimlərə ödəniləcək xidmət haqqı müəyyənləşdi

Nazirlər kabineti "Ölkə və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, Vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin Normaları"nın təsdiq edilməsi haqqında" 2010-cu il 5 yanvar tarixli qərarda dəyişiklik edib.

Demokrat.az xəbər verir ki, qərarı baş nazir Əli Əsədov imzalayıb.

Dəyişikliyə əsasən, xidmət haqqının miqdarı Azərbaycan ərazisində keçirilən respublika səviyyəli idman tədbirləri zamanı günlük 50 AZN, Azərbaycan ərazisində keçirilən beynəlxalq miqyaslı idman tədbirlər zamanı isə günlük 100 manatdır.

Hakimlər briqadasının üzvləri və yarışların baş katibinin xidmət haqqı isə müvafiq olaraq 25 və 50 manat müəyyənləşib.