YapiKredi Müraciət Forması
Mazda CX-5
İdman Özəl

"Qalatasaray"ın "Aston Villa" üzərində qələbəyə görə qədər pul qazandı?

Qalatasarayın Aston Villa üzərində qələbəyə görə qədər pul qazandı?

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda doğma meydanda İngiltərənin "Aston Villa" komandasını 1:0 hesabı ilə məğlub edən "Qalatasaray" həm turnir cədvəlində mövqeyini yaxşılaşdırıb, həm də UEFA-dan əldə etdiyi gəliri artırıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Milliyet" nəşri məlumat yayıb.

Bu mövsüm Çempionlar Liqasında ardıcıl üçüncü qələbəsini qazanan İstanbul təmsilçisi UEFA-dan 2,1 milyon avro mükafat əldə edib. Beləliklə, komandanın üç qələbəyə görə qazandığı ümumi mükafat 6,3 milyon avroya çatıb.

Qeyd edək ki, "Qalatasaray" turnirin Liqa mərhələsində iştirakına görə əvvəlcədən 18,62 milyon avro gəlir əldə edib.

Komandanın qazancı bununla da məhdudlaşmaya bilər. İstanbul klubu Liqa mərhələsini ilk 24 komanda arasında başa vurarsa, əlavə 1 milyon avro qazanacaq.

"Qalatasaray" ilk səkkizliyə düşərək birbaşa 1/8 finala vəsiqə əldə edərsə, klubun hesabına daha 11 milyon avro daxil olacaq.