İmişlidə 16 yaşlı qızın nişanının qarşısı alındı

HADİSƏ 26 oktyabr 2025, 12:43
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən nişan mərasiminin qarşısı alınıb.

Demokrat.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, oktyabrın 25-də rayonun Yalavac kəndində 22 yaşlı şəxslə 16 yaşlı qızın planlaşdırılan nişan mərasimi barədə polisə məlumat daxil olub. 

Məlumata görə, keçirilən tədbirlərlə nişan mərasiminin qarşısı alınıb, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top